Beyləqan rayon sakini elektrik dirəyindən yıxılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Murtuzəli İsmayılov elektrik dirəyinə çıxaraq gərginlik xəttində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
M.İsmayılov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.