AZ

Rusiyada daha bir hava limanı məhdudiyyətlər TƏTBİQ ETDİ

Nijnekamsk hava limanında mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə uçuşlara məhdudiyyətlər tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako “Telegram” kanalında məlumat verib.

“Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir”, – məlumatda deyilir.

Çərşənbə axşamı, mayın 6-na keçən gecə Rusiyanın on üç hava limanı uçuşları dayandırıb. Daha sonra, bir gecədə Ukrayna Rusiyaya yüzdən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb. Ümumilikdə hava hücumundan müdafiə qüvvələri Rusiyanın 11 regionu üzərində 105 pilotsuz uçan aparatı vurub.\\Ajans.az

Seçilən
0
3
nocomment.az

4Mənbələr