Nijnekamsk hava limanında mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə uçuşlara məhdudiyyətlər tətbiq edilib.
News24.az xəbər verir ki, bu barədə Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako "Telegram" kanalında məlumat verib.
“Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir”, - məlumatda deyilir.
Mayın 6-na keçən gecə Rusiyanın on üç hava limanı uçuşları dayandırıb. Daha sonra, bir gecədə Ukrayna Rusiyaya yüzdən çox pilotsuz uçuş aparatı (PUA) göndərib. Ümumilikdə hava hücumundan müdafiə qüvvələri Rusiyanın 11 regionu üzərində 105 pilotsuz uçan aparatı vurub.
\\Publika.az