BAKI, 9 may. TELEQRAF
Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.
AZAL-dan Teleqraf-a verilən məlumata görə artıq uçuşlar cədvələ uyğun ştat rejimində həyata keçirilir.
Qeyd edək ki, AZAL-ınBakıdanMoskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən təxirə salınmışdı.