Yəməndəki üsyançı husilərə kütləvi zərbələr ABŞ administrasiyasına 1 milyard dollardan çox başa gəlib.
Bu barədə NBC Nyus telekanalı məlumat yayıb.
Bildirilib ki, bu məbləğə minlərlə mərmi və raket, eyni zamanda məhv edilmiş 7 PUA və Qırmızı dənizdə batan iki qırıcı daxildir.
Amerika hərbçilərinin sözlərinə görə, mart ayının ortalarından etibarən əməliyyatlarda iki mindən çox bomba və raket, o cümlədən 75 qanadlı “Tomahavk”raketi istifadə ediblər.