AZ

"Ənsər-Allah"hərəkatını bombalamaq ABŞ-yə neçəyə başa gəldi?

Ənsar Allah hərəkatının Yəməndəki hədəflərinə kütləvi zərbələr ABŞ prezidenti Donald Tramp administrasiyasına 1 milyard dollardan çox ziyan vurub.

Musavat.com xəbər verir ki, məlumatı NBC News yayıb.

Bildirilir ki, bu məbləğə həm Yəmənə atılan minlərlə mərmi və raketlərin xərci, həm də vurulmuş yeddi pilotsuz təyyarənin və Qırmızı dənizdə batmış iki döyüş təyyarəsinin dəyəri daxildir.

Telekanal qeyd edir ki, ABŞ ordusu martın ortalarından bəri 2000-dən çox bomba və raketdən, o cümlədən 75 Tomahawk qanadlı raketindən istifadə edib.

Musavat.com

Seçilən
0
2
musavat.com

7Mənbələr