AZ

Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşmək fikrində deyil

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mayın ortalarında Səudiyyə Ərəbistanında görüşün baş tutmayacağını bildirib.

Bu barədə Adalet.az xarici mətbuata istinadən xəbər verir.

"Mən belə düşünmürəm", - Tramp Ağ Evdə jurnalistlərin ABŞ Prezidentinin Yaxın Şərq turu zamanı Rusiya lideri ilə görüşünün mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

Bununla belə, Tramp qeyd edib ki, Rusiya və ABŞ çox yaxşı danışıqlar aparır.

Mayın 5-də Tramp Səudiyyə Ərəbistanında Putinlə mümkün görüşü açıqlayıb. O, jurnalistlərlə söhbətində deyib ki, yaxın vaxtlarda səfərə gedəcəyi Səudiyyə Ərəbistanında onunla Rusiya lideri arasında təkbətək görüş baş tuta bilər.

Seçilən
0
3
adalet.az

10Mənbələr