ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşəcəyi ehtimalı azdır, lakin böyük ehtimalla onun səfərindən sonra görüş baş tutacaq.
Editor.az bu barədə xarici mediaya istinadla yazır.
Jurnalistlərin Putinlə Səudiyyə Ərəbistanında görüşüb-görüşməyəcəyi ilə bağlı sualına Tramp belə cavab verib: “Mümkündür. Düşünürəm ki, bu səfərdən sonra onlarla çox yaxında görüşəcəyik”.
ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya Ukraynadakı münaqişənin həlli üçün sövdələşməyə hazırdır, indi yalnız Vladimir Zelenski ilə razılaşmaq qalır. Tramp həmçinin deyib: “Ukraynada vəziyyət ağırdır: Zelenskiy ya barışmalıdır, ya da üç il ərzində bütün ölkəsini itirəcək”.
Tramp Krımın Rusiyaya məxsus olduğunu qəbul edib-etməyəcəyi sualına cavab verməyib.
Tramp bundan əvvəl Zelenskini sərt şəkildə tənqid edib və onun Krımla bağlı son açıqlamalarının Rusiya ilə sülh danışıqlarına ziyan vurduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az