AZ

Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO

Yasamal rayonu Zahid Xəlilov 43 ünvanında yerləşən ərzaq mağazasında dələduzluq hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, görüntülərə əsasən, hadisə ötən gün iki əcnəbi vətəndaş tərəfindən həyata keçirilib.

Kadrlardan aydın görünür ki, əcnəbilərdən biri mağazaya daxil olduqdan sonra qapının yaxınlığında dayanaraq kassirin diqqətini yayındırır. Digəri isə bir ədəd içki götürərək kassaya yaxınlaşır və 50 manat pulu kassirə təqdim edir. Kassir qalığı təqdim etdikdən sonra alıcı içkidən imtina etdiyini və pulunu geri istədiyini bildirir. Kassir bu zaman alıcının verdiyi pulu ona qaytarır. Əcnəbi hiyləgər üsulla həmin pulu əlindəki pulqabının arxasında gizlədir, kassirə bu dəfə iki içki istədiyini bildirir. Bu yolla o, həm geri qaytarılmış pulu, həm də yeni alışa görə verilən qalığı alaraq mağazanı tərk edir.

Görüntüləri təqdim edirik:

Milli.Az

Seçilən
0
5
milli.az

6Mənbələr