AZ

Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi – Video

Yasamal rayonu, Zahid Xəlilov-43 ünvanında yerləşən ərzaq mağazasında dələduzluq hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, dələduzluğu ötən gün 19:30 radələrində iki əcnəbi vətəndaş həyata keçirib.

Kadrlardan aydın görünür ki, əcnəbilərdən biri mağazaya daxil olduqdan sonra qapının yaxınlığında dayanaraq kassirin diqqətini yayındırır. Digəri isə bir ədəd içki götürərək kassaya yaxınlaşır və 50 manat pulu kassirə təqdim edir. Kassir pulun qalığını təqdim etdikdən sonra alıcı içkidən imtina etdiyini bildirir və pulunu geri istəyir. Kassir bu zaman alıcının verdiyi pulu ona qaytarır. Əcnəbi hiyləgər üsulla həmin pulu əlindəki pulqabının arxasında gizlədir, kassirə bu dəfə iki içki istədiyini bildirir. Bu yolla o, həm geri qaytarılmış pulu, həm də yeni alışa görə verilən qalığı alaraq mağazanı tərk edir.

Görüntüləri təqdim edirik:

Seçilən
0
5
konkret.az

6Mənbələr