AZ

Xatirə səhnə ilə vidalaşacaq – Səbəbini açıqladı

Müğənni Xatirə İslam sənətdən gedəcəyi tarixi açıqlayıb.

İfaçı bu barədə “Gün ortası” verilişinə danışıb. O, övladının təhsili ilə bağlı səhnə ilə vidalaşmaq istədiyini bildirib:

“Düzünü deyəcəyəm, amma sənət yoldaşlarım məni buna görə danlayacaq. Həyatımın indi elə bir mərhələsindəyəm ki, gözləyirəm 6-7 il keçsin və yavaş-yavaş sənətdən gedim. Evdə oturub uşağın təhsili ilə məşğul olum. İnsan yorulur. Maksimum 10 il sonra. Ondan sonra heç nə gözlənilmir”.

(Axşam.az)

Seçilən
0
12
millitv.net

10Mənbələr