AZ

Xatirə səhnə ilə vidalaşacaq - Tarixi açıqladı

Müğənni Xatirə İslam sənətdən gedəcəyi tarixi açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Gün ortası" verilişinə danışıb. O, övladının təhsili ilə bağlı səhnə ilə vidalaşmaq istədiyini bildirib:

"Düzünü deyəcəyəm, amma sənət yoldaşlarım məni buna görə danlayacaq. Həyatımın indi elə bir mərhələsindəyəm ki, gözləyirəm 6-7 il keçsin və yavaş-yavaş sənətdən gedim. Evdə oturub uşağın təhsili ilə məşğul olum. İnsan yorulur. Maksimum 10 il sonra. Ondan sonra heç nə gözlənilmir".
Seçilən
0
12
sherg.az

10Mənbələr