AZ

295 nömrəli məktəbdə Ulu Öndər anıldı

07 may 2025-ci il tarixində Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirildi.

AzEdu.az xəbər verir ki, tədbirdə Millət vəkili Azər Allahverənov çıxış edərək bildirdi ki, Azərbaycanın müasir siyasi tarixinin bir çox mühüm səhifələri Ulu Öndər Heydər Əliyevin adı ilə, onun çoxtərəfli və genişmiqyaslı dövlətçilik fəaliyyəti ilə bağlıdır. Bu gün sərbəst şəkildə yaşaya bildiyimiz müstəqil Azərbaycanın təməlləri məhz Heydər Əliyevin ideya müəllifliyi və birbaşa rəhbərliyi ilə qoyulub.

Məktəbin direktoru Dilarə Cəbrayılova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olan müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasından bəhs etdi. O, Ümummilli Liderin “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” fikirlərini vurğuladı.

Sonda məktəbin müəllim və şagirdlərinin hazırladıqları çıxışlar dinlənildi. Tədris ili ərzində səmərəli fəaliyyət göstərmiş müəllimlərə Fəxri Fərmanlar təqdim olundu.

Seçilən
0
1
azedu.az

2Mənbələr