İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 10-da dövlət mülkiyyətinə keçmiş nəqliyyat vasitələrinin satışı üzrə hərrac təşkil edəcək.
Bu barədə Viral.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hərrac Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında keçiriləcək. Açıq hərraca ümumi dəyəri 111 150 manat olan 55 ədəd avtomobil çıxarılacaq.
Son Yazılar:
- Avtomobil almaq istəyənlər üçün şans
- Qobustan Qoruğuna giriş bahalaşır – Yeni QİYMƏTLƏR
- Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
Hərracda iştirak etmək istəyən şəxslər müvafiq sifarişi hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək təqdim etməlidirlər. Eyni zamanda, potensial alıcılara satışa çıxarılan nəqliyyat vasitələri ilə öncədən tanış olmaq imkanı yaradılıb.
Hərraclarla bağlı daha ətraflı məlumatı bu ünvandan əldə etmək mümkündür.