İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 10-da dövlət mülkiyyətinə keçmiş nəqliyyat vasitələrinin satışı üzrə hərrac təşkil edəcək.
Bu barədə Redaktor.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hərrac Əmlak Xidmətləri Məkanında - Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında keçiriləcək. Açıq hərraca ümumi dəyəri 111 150 manat olan 55 ədəd avtomobil çıxarılacaq.
Hərracda iştirak etmək istəyən şəxslər müvafiq sifarişi hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək təqdim etməlidirlər. Eyni zamanda, potensial alıcılara satışa çıxarılan nəqliyyat vasitələri ilə öncədən tanış olmaq imkanı yaradılıb.
Hərraclarla bağlı daha ətraflı məlumatı bu ünvandan əldə etmək mümkündür.