AZ

Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının İclasının Tarixi Dəyişdirildi

Bu ilin payızında Bakıda Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Busaat.az xəbər verir ki. bu barədə Report-a diplomatik mənbə məlumat verib.

İlkin olaraq iclasın mayın 12-də keçirilməsi planlaşdırılırdı. “Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, iclas bu ilin payızınadək təxirə salınıb və dəqiq tarixi hələ müəyyən edilməyib”, – mənbə bildirib.

Qeyd edək ki, hökumətlərarası komissiyanın 8-ci iclası 2022-ci ilin mayında Riqada keçirilib.

Seçilən
0
2
busaat.az

3Mənbələr