Bu ilin payızında Bakıda Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır.
Bu barədə Bakıvaxtı.az-a diplomatik mənbə məlumat verib.
İlkin olaraq iclasın mayın 12-də keçirilməsi planlaşdırılırdı. "Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, iclas bu ilin payızınadək təxirə salınıb və dəqiq tarixi hələ müəyyən edilməyib", - mənbə bildirib.
Qeyd edək ki, hökumətlərarası komissiyanın 8-ci iclası 2022-ci ilin mayında Riqada keçirilib.