
Qubada soyuducu anbar yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 2000 m² olan dəmir konstruksiyalardan ibarət soyuducu anbarın poliuretan materialdan ibarət üzlüyü 200 m² sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.