Qubada soyuducu anbar yanıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 2000 m² olan dəmir konstruksiyalardan ibarət soyuducu anbarın poliuretan materialdan ibarət üzlüyü 200 m² sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.