Olaylar.az xəbər verir ki, bu sözləri Pakistan Baş naziri Şahbaz Şərif deyib.
"Ötən gecə Hindistan 85 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç "Rafale" qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi", - Şərif bildirib.
Şərif əlavə edib ki, Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verib:
"Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi" .
Baş nazir Silahlı Qüvvələrin dəqiq planlaşdırma və koordinasiya ilə hərəkət etdiyini, bu səbəbdən də Pakistan xalqının təbrikə layiq olduğunu bildirib.