AZ

Zelenskinin dedikləri Paşinyanı təşvişə saldı – Həyatı təhlükədədir?

Ermənistanın Baş nazir administrasiyası Nikol Paşinyanın 9 May - Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan hərbi paradı izləmək üçün Rusiyaya səfər edəcəyini təsdiqləyib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarının İrəvan hökumətində narahatlığa səbəb olduğu bildirilir. 

Olaylar.az xəbər verir ki, Zelenski Qırmızı meydanda keçiriləcək paradda iştirak edəcək ölkə liderlərinin təhlükəsizliyinə heç Moskvanın da zəmanət verə bilməyəcəyini söyləyib.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məsələyə aydınlıq gətirib.

"Milli Təhlükəsizlik Xidməti və digər strukturlar istənilən vəziyyətdə baş nazirin təhlükəsizliyi məsələsini qiymətləndirirlər. Əgər problem olarsa, təbii ki, bu barədə məlumat veriləcək", - Qriqoryan söyləyib.

Qeyd edək ki, Nikol Paşinyanın səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Lakin iddialara görə, Ukrayna liderinin açıqlaması Paşinyan və komandasında narahatlıq doğurub. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr