Olaylar.az xəbər verir ki, Zelenski Qırmızı meydanda keçiriləcək paradda iştirak edəcək ölkə liderlərinin təhlükəsizliyinə heç Moskvanın da zəmanət verə bilməyəcəyini söyləyib.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məsələyə aydınlıq gətirib.
"Milli Təhlükəsizlik Xidməti və digər strukturlar istənilən vəziyyətdə baş nazirin təhlükəsizliyi məsələsini qiymətləndirirlər. Əgər problem olarsa, təbii ki, bu barədə məlumat veriləcək", - Qriqoryan söyləyib.
Qeyd edək ki, Nikol Paşinyanın səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Lakin iddialara görə, Ukrayna liderinin açıqlaması Paşinyan və komandasında narahatlıq doğurub. (globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31