Milli Məclisin bu gün keçirilən xüsusi iclasında “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.
Sitat.info -nun məlumatına görə, sözügedən sənədli film Milli Məclisin Aparatında hazırlanıb.
Spiker Sahibə Qafarova bildirib ki, bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.