Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.
Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclis Aparatında hazırlanmış bu sənədli filmin Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunduğunu deyib.
Firuzə Əliyeva
Sfera.az