AZ

ÇL: “Arsenal”ı udan PSJ finalda “İnter”in rəqibi oldu

Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində bu gün son matç keçirilib.

Günün yeganə görüşü Parisdə keçirilib. PSJ səfərdə məğlub etdiyi “Arsenal”ı doğma meydanda da yenərək finala yüksəlib.

Bu cütün qalibi mayın 31-də Münhendə keçiriləcək finalda “İnter”lə üz-üzə gələcək.

PSJ (Fransa) – “Arsenal” (İngiltərə) 2:1
Qollar
: Fabian Ruis, 27. Əşrəf Hakimi, 72 – Bukayo Saka, 76.
İlk oyun – 1:0.

Seçilən
0
49
sportinfo.az

10Mənbələr