AZ

Mahir Emreli “Nürnberq”dən 2 dəfə çox maaş istəyib

Almaniya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı ilə bağlı yazı dərc edib.

“Bild” nəşri forvardın 2-ci Bundesliqa təmsilçisindən hazırkı maaşının ikiqatını istədiyini yazıb.

Bildirilib ki, Mahir klub rəhbərliyi ilə görüşüb və onlara öz şərtlərini bildirib. Şərtlərdə əsas məqam maddi məsələlər olub və tərəflər bunda razılıq əldə etməyib.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində “Dinamo”dan(Zaqreb) “Nürnberq”ə keçib.

Seçilən
0
24
sportinfo.az

10Mənbələr