Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.
Mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Əhməd Vüqar oğlu Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.
Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta