AZ

İctimai fəal Əhməd Məmmədli SAXLANILDI: adam bıçaqlayıb

İctimai fəal Əhməd Məmmədli saxlanılıb. Pravda.az lent.az-a istinadən xəbər verir ki, o, Biləcəridə baş verən bıçaqlanma hadisəsi ilə bağlı istintaqa cəlb edilib.

 

Belə ki, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.

Tarix: 7 May 2025, 12:42   
Seçilən
0
29
pravda.az

10Mənbələr