Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.
Yenisabah.az xəbər verir ki, Vuçiçin təyyarəsi Rusiya hava limanlarının qapadılmasına görə Azərbaycanda məcburi eniş etməli olub.
Prezidentin təyyarəsi Bakı hava limanında təcili eniş etdikdən sonra Moskvaya uçmaq üçün icazə gözləyir.
Aleksandr Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.
Telegram kanalımız