AZ

Vuçiçin təyyarəsi Bakıdan Moskvaya YOLA DÜŞDÜ

Xəbər verdiyimiz kimi, hərbi paradda iştirak etmək üçün Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.

Modern.az-ın məlumatına görə, Rusiya mediası bildirir ki, Vuçiçin təyyarəsi artıq Bakıdan Moskvaya yola düşüb.

TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.

***

16:09

Hərbi paradda iştirak etmək üçün Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.

Modern.az bu barədə Serbiyanın "Tanjuq" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycana eniş etmək məcburiyyətində qalıb.

Uçuşun davam etdirilib-etdirilməyəcəyi məlum deyil.

Xatırladaq ki, Rusiyanın bir sıra şəhərlərində hava limanları Ukrayna hücumlarına görə bağlanıb.

Seçilən
0
1
modern.az

10Mənbələr