AZ

Türkiyə əsgərləri PKK terrorçularının yuvalarına girməkdə davam edir - VİDEO

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçuların istifadə etdiyi mağara yararsız hala salınıb və çoxlu sayda silah-sursat ələ keçirilib.

Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin sosial media hesabında edilən paylaşımda: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatına mənsub terrorçuların istifadə etdiyi mağara aşkarlayıb.

Yararsız hala salınan mağarada çoxlu sayda  müxtəlif materiallar ələ keçirilərək məhv edilib”, - deyə bildirilib.

QAZİLER.AZ

Seçilən
0
qaziler.az

1Mənbələr