İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçuların istifadə etdiyi mağara yararsız hala salınıb və çoxlu sayda silah-sursat ələ keçirilib.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin sosial media hesabında edilən paylaşımda: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatına mənsub terrorçuların istifadə etdiyi mağara aşkarlayıb.
Yararsız hala salınan mağarada çoxlu sayda müxtəlif materiallar ələ keçirilərək məhv edilib”, - deyə bildirilib.
QAZİLER.AZ