13-15 may tarixlərində Ümumdünya Poçt İttifaqının təşkilatçılığı və “Azərpoçt”un dəstəyi ilə Bakıda Avropa və MDB ölkələri üçün “Poçt Liderləri forumu” keçiriləcək.
Bu barədə FED.az-a "Azərpoçt" MMC-dən bildirilib.
Qeyd edilib ki, “Növbəti üfüqlər: Gələcək mükəmməlik üçün e-ticarət, innovasiya və təchizat zəncirində naviqasiya” adlı tədbirdə 28-dən çox ölkənin 150-dən çox poçt, akademik və e-ticarət sektorunun nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq.