AZ

Azərbaycanda ilk dəfə “Poçt Liderləri forumu” keçiriləcək

13-15 may tarixlərində Ümumdünya Poçt İttifaqının təşkilatçılığı və “Azərpoçt”un dəstəyi ilə Bakıda Avropa və MDB ölkələri üçün “Poçt Liderləri forumu” keçiriləcək.

Bu barədə "APA-Economics"ə "Azərpoçt" MMC-dən bildirilib.

Qeyd edilib ki, “Növbəti üfüqlər: Gələcək mükəmməlik üçün e-ticarət, innovasiya və təchizat zəncirində naviqasiya” adlı tədbirdə 28-dən çox ölkənin 150-dən çox poçt, akademik və e-ticarət sektorunun nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq.

Seçilən
0
1
apa.az

2Mənbələr