Bakı. Trend:
2–4 may 2025-ci il tarixlərində İçərişəhər ərazisində möhtəşəmBeynəlxalq Xalça Festivalı keçirildi. Festival “Azərxalça” ASC və“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgətəşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi iləreallaşdı.
Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinibeynəlxalq miqyasda tanıtmaq, bu qədim sənət növünün zəngin irsinivə müasir inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə dəmüxtəlif ölkələrin xalçaçılıq ənənələri ilə qarşılıqlı təcrübəmübadiləsi aparmaq idi.
Tədbirin ilk günü – 2 may tarixində təşkil olunan BeynəlxalqXalça Forumu bu sahədə çalışan yerli və xarici mütəxəssisləri biraraya gətirdi. Forumda Özbəkistan, Türkmənistan, Albaniya,Almaniya, İngiltərə, Latviya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan,Rusiya, Yaponiya, İspaniya və digər ölkələrin nümayəndələri iştirakedirdi. 200-dən çox iştirakçı – sənətşünaslar, xalçaçı ustalar,tələbələr və incəsənət xadimlərinin iştirak etdiyi ForumdaAzərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəniirsindəki yeri haqqında geniş təqdimatlar yer alıb.
3 və 4 may tarixlərində isə İçərişəhərin qədim küçə vəmeydanlarında festival bayram ab-havasında davam etdi. Qədimkarvansaraylar, Qoşa Qala meydanı və digər məkanlar xalçasərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və konsertproqramlarına ev sahibliyi etdi. İştirakçı ölkələrin millipavilyonları qurularaq ziyarətçilərə müxtəlif xalçaçılıqməktəbləri, texnikaları və ənənələri nümayiş etdirildi.
Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan,Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstanınnümayəndələrinin iştirakı ilə reallaşan festival, Azərbaycan xalçasənətinin özünəməxsusluğunu və estetik zənginliyini beynəlxalqauditoriyaya tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdı.
Festival müddətində yalnız İçərişəhərin bəzədilməsində“Azərxalça” ASC tərəfindən hazırlanmış 400-dən artıq xalçadanistifadə olundu. Minlərlə insan bu günlər ərzində festivalı izləməküçün İçərişəhərə təşrif buyurdu ki, bu da tədbirin həm yerli, həmdə beynəlxalq miqyasda böyük maraq doğurduğunu nümayiş etdirdi.
Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat naziriMikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidentinin köməkçisiAnar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı MediaMərkəzinin rəhbəri Arzu Əliyeva və Mərakeş Krallığının şahzadəsiLalla Hasnaa festivalda fəxri qonaq qismində iştirak ediblər.Həmçinin Milli Məclis üzvləri, ictimai-siyasi xadimlər, incəsənətnümayəndələri və diplomatlar tədbirdə yer alıblar.
Festivalın təşkilatçıları ilə yanaşı, tərəfdaş qurumlar – “Bakışəhər halqası”, “Baku Steel Company”, “Kontakt” və “Gəncə AvtomobilZavodu” da tədbirin ümumi konseptinə uyğun xüsusi təqdimat guşələriilə çıxış edərək festivalın atmosferini daha da rəngarəngediblər.
Azərbaycan xalçaçılıq sənətinin qədim tarixindən müasir dövrəuzanan inkişaf yolunu nümayiş etdirən Beynəlxalq Xalça Festivalı,ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğindəəhəmiyyətli rol oynamaqla yanaşı, İçərişəhərin tarixi mühitində bucür genişmiqyaslı tədbirlərin uğurla təşkil oluna biləcəyini birdaha sübut etdi.