AZ

30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində KOB-lar üçün xüsusi stend qurulacaq

2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.

Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər.

Seçilən
0
8
vergiler.az

10Mənbələr