Bakı. Trend:
KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirakimkanlarının genişləndirilməsi məqsədilə “Caspian Oil and Gas”sərgisində xüsusi stend təşkil olunacaqdır.
2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu YubileyBeynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”)keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyətgöstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir arayagələcək.
Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorununtəchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıqimkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinintanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stendquracaq.
Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərinitəqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanıdolduraraq Agentliyə müraciət edə bilərlər(https://smb.gov.az/az/contact-form/exhibition-form/1). Qeyd edəkki, müraciət formasında “İştirak etmək istədiyiniz tədbir”bölməsində “Caspian Oil and Gas 2025” qeyd olunmalıdır.