AZ

“Turan Tovuz” - “Neftçi” oyununun biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, azarkeşlər biletləri bu gündən etibarən matçın keçiriləcəyi Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

2 manatlıq biletlərlə yanaşı, məhdud sayda olan 5 manatlıq VİP biletlər də mövcuddur.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 19:30 start veriləcək.

Seçilən
0
1
arena.az

10Mənbələr