AZ

“Turan Tovuz” - “Şamaxı” oyununun biletləri satışda!

Futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyununun biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.

Qeyd edilir ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Xatırladaq ki, “Turan Tovuz” – “Şamaxı” oyunu aprelin 25-də Tovuz şəhər stadionunda keçiriləcək. Oyuna saat 19:00-da start veriləcək.

Seçilən
79
4
arena.az

10Mənbələr