AZ

ABŞ Azərbaycan hərbçilərinin Gürcüstanda NATO təlimində iştirakını yüksək qiymətləndirir

ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

“Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının "NATO-Gürcüstan 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, - paylaşımdadeyilir.

Seçilən
0
8
teleqraf.com

10Mənbələr