AZ

ABŞ Azərbaycan hərbçilərinin Gürcüstanda NATO təlimində iştirakını yüksək qiymətləndirir

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin "Facebook" hesabında bildirilib.

Qeyd edilib ki, görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

“Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının "NATO-Gürcüstan 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, - məlumatda deyilir.

Seçilən
0
8
apa.az

10Mənbələr