Pekin Vaşinqtonla ticarət danışıqlarına razılıq verdi.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
"Çin qlobal gözləntiləri, milli maraqları, Amerika sənayesi və istehlakçılarının çağırışları fonunda ABŞ-la əlaqə qurmaq qərarına gəlib", - departamentin açıqlamasında deyilir.
Bildirilir ki, Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng İsveçrədə ABŞ-ın maliyyə naziri Skott Bessent ilə danışıqlar aparacaq