AZ

Çin ABŞ-la danışıqlara razılıq verib

Pekin beynəlxalq ictimaiyyətin gözləntiləri, maraqları və Amerika sənayesindən gələn çağırışlar əsasında Vaşinqtonla ticarət danışıqlarına razılıq verib.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

“Çin qlobal gözləntilər, ölkənin maraqları və Amerika sənayesi və istehlakçılarının çağırışları əsasında Birləşmiş Ştatlarla qarşılıqlı fəaliyyətə razılıq vermək qərarına gəlib”, - məlumatda vurğulanıb.

Vurğulanıb ki, Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen İsveçrədə ABŞ-ın maliyyə naziri Skott Bessent ilə danışıqlar aparacaq.

Seçilən
0
1
report.az

10Mənbələr