İtaliyanın “İnter” komandasının futbolçuları Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” komandasına əlavə vaxtdan sonra 4:3 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib.
Redaktor.az xəbər verir ki, görüş Milanda baş tutub.
“İnter”in heyətində qolları Lautaro Martinez (21-ci dəqiqə), Hakan Çalhanoğlu (45+1, penalti), Françesko Acerbi (90+3) və Davide Frattesi (99) vurub. "Barselona"nın qollarını Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) vurub.
Qeyd edək ki, komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.
Finalda “İnter” Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Arsenal” klubları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq.//redaktor.az