İtaliyanın “İnter” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” klubuna əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.
“Report” xəbər verir ki, görüş Milanda baş tutub.
“İnter”in qollarını Lautaro Martines (21), Hakan Çalhanoğlu (45+1-p.), Françesko Açerbi (90+3) və Davide Frattezi (99) vurub.
“Barselona”nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) fərqlənib.
Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.
“İnter” finalda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Cavab oyunu bu gün Parisdə baş tutacaq.