AZ

Hindistan bütün ordusunu hazır vəziyyətə gətirdi

Hindistan Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə ANI agentliyi Hindistan Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

"Hər hansı bir fövqəladə vəziyyətə cavab vermək üçün Hindistan-Pakistan sərhədində bütün hava hücumundan müdafiə bölmələri yerləşdirilib", - nazirlik bildirib.

Bundan əvvəl Hindistan ordusu Pakistan tərəfinin nəzarət xəttinə artilleriya atəşi açdığını bildirib. Sərhədin müxtəlif ərazilərində atışmaların olduğu bildirilir.

Seçilən
0
50
unikal.az

10Mənbələr