İran Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyir
"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlayıb.
Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində vasitəçi rolunu öz üzərinə götürə bilər.
"Düşünürəm ki, bu məsələ iki ölkə arasında gündəlik təmaslarda da öz əksini tapacaq", - Xətibzadə əlavə edib.
Seymur Əli