AZ

ABŞ-la Husilər əl sıxışdı - Atəşkəs anlaşması İsraildə şok effekti yaratdı (AÇIQLAMALAR)

ABŞ və Husilər arasında atəşkəs əldə olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu şok məlumatı Omanın xarici işlər naziri Bədr əl-Busaidi verib.

O bildirib ki, Yəmənin paytaxtı Sənada ABŞ və husilər arasında Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı hücumlara son qoymaq üçün atəşkəsə razılaçıblar: "Omanın son danışıqları və Yəmənin paytaxtı Sənada Husilər və ABŞ-la gərginliyi azaltmaq üçün apardığı danışıqlardan sonra tərəflər atəşkəs "hə" dedi. Artıq Qırmızı dəniz və Bab əl-Məndəb boğazında naviqasiya azadlığı ilə bağlı heç bir problem olmayacaq. Gələcəkdə heç bir tərəf Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ABŞ gəmiləri də daxil olmaqla digərini hədəf almayacaq. Beləliklə, beynəlxalq ticarət gəmiçiliyinin rahat axını təmin olunacaq".

ABŞ prezidenti Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşdə deyib ki, Husilər artıq döyüşmək istəmirlər, ona görə də onları bombalamağı dayandıracaqlar: "Biz buna hörmətlə yanaşacağıq və onları bombalamağı dayandıracağıq. Onlar təslim oldular, daha gəmiləri partlatmayacaqlarını deyirlər"

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
0
2
mia.az

10Mənbələr