AZ

Üç kənd təhlükədə: yaşayış evlərini sel basıb

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində sel yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Seçilən
0
14
avtosfer.az

10Mənbələr