Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində sel yaşayış evlərini basıb.
Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.
Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.
Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.